«EKO MONİTORİNQ» MMC 2018-ci ildən ekoloji sferada xidmət göstərir. Fəaliyyət dövründə 300-dən artıq müəssisəyə ekoloji xidmət göstərmişdir .
EKO MONİTORİNQ MMC — hüquqi imtiyazlara malik olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya fəaliyyəti nəzərdə tutulan , həmçinin təşkilati hüquqi formasından asılı olmayaraq bütün dövlət və özəl sektorlara xidmət göstərir . ƏMTQ layihəsi (Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi) və digər bütün Ekoloji Normativ Lahiyə Sənədlərinin hazırlanması, aidiyyatı orqanlar ilə razılaşdırılma prosesini həyata keçirir.
«Eko Monitorinq» MMC komandası təcrübəli, ixtisas attestatlı kadrlardan təşkil olunmuşdur. Peşakar heyətimizin əməyi ilə müəssisələrin lazımi Ekoloji sənədlərini yüksək keyfiyyət və qısa müddət ərzində hazırlayıb, müvafiq dövlət orqanlarından qeydiyyatdan keçirərək (müsbət rəy alaraq) sifarişçiyə vaxtında təqdim olunur. Həmçinin ekoloji monitorinq (hava, su, torpaq nümunələri üzərində təhlillər) aparır. Ödəniş xidmətlər tam icra olunduqdan sonra, köçürmə yolu ilə həyata keçirilir.